- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Bu həftə Azərbaycan premyer liqasında yeni mövsüm start götürəcək. Allsport.az saytı xəbər verir ki, sayca 30-cu ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb.
Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir.
Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb.
Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.