Ölkə çempionatlarında 7-ci

“Turan Tovuz” premyer liqanın ilk 5 turunda qol buraxmayıb. Allsport.az saytı xəbər verir ki, Qurban Bərdiyevin komandası yalnız “Neftçi” ilə matçda xal itirib (0:0). Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i 3 cavabsız qolla məğlub edib.

Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb. Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb.

Yalnız 1 komanda – “Xəzər Lənkəran” startda iki belə sıralamaya nail olub: 2007/08 və 2010/11 mövsümlərində. “Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub.

2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legionçu qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci zolağın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.

Həmin kateqoriyadan