- Baxış sayı: 63
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 158
- Dekabr 05, 2025
- 0
“Qarabağ” Premyer Liqasının 8-ci turunda “Sumqayıt”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyi planlaşdırır. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşma oktyabrın 15-də baş tutacaq.
Ağdam klubu “kimyaçılar”la bu idman qurğusunda görüşməklə, həm də Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə matç (20 oktyabr) öncəsi yenilənmiş qazonu sınaqdan keçirmək, arenaya uyğunlaşmaq məqsədi güdür.
Qeyd edək ki, “Qarabağ”ın öz stadionunda təmir işləri aparıldığından “atlılar” rəqiblərini Masazırda “Əlincə Arena”da qəbul edir.