Ölkə çempionu Tofiq Bəhramov adına Respublika stadionundan rəsmən imtina etdi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. Allsport.az saytının xəbərərinə görə, bununla bağlı Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, mərkəzi arenanın ot örtüyündə olan problemlərə görə, komanda növbəti avrokubok matçını ya Olimpiya stadionunda, ya da “Dalğa Arena”da keçirəcək. Son qərar yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, “Qarabağ” ilk ev oyununu sentyabrın 15-də Çex Respublikasının “Slovan” klubuna qarşı keçirəcək.

Həmin kateqoriyadan