- Baxış sayı: 27
- 23 Aprel 2025 12:22
- Baxış sayı: 81
- Aprel 23, 2025
- 0
“Qarabağ” klubunun mübarizə aparacağı Avropa Liqasının “F” qrupunda oyunların təqvimi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu qrup mərhələsində ilk matçını sentyabrın 18-də, Bakıda “Sent Etyen”ə qarşı keçirəcək.
Oktyabrın 2-də İtaliyada “İnter”in, ayın 23-də isə Ukraynada “Dnepr”in qonağı olacaq Ağdam təmsilçisi qrup mərhələsinin son matçını evdə “İnter”ə qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də baş tutacaq.
Lakin oyunların başlama saatı hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.
18 sentyabr: “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa)
2 oktyabr: “İnter” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
23 oktyabr : “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan)
6 noyabr: “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)
27 noyar: “Sent Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)
11 dekabr: “Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya)