- Baxış sayı: 114
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycanda daha bir idman növü üzrə bölmə açılacaq.
Allsport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, “Nazirin Nöqteyi-Nəzəri”ndə aprel ayını dəyərləndirərkən bildirib ki, qış idman növlərinin inkişafı və populyarlığı üçün istifadəyə verilən buz meydançası özünü doğruldur: “Daha bir yenilik isə Bakıda ilk dəfə hokkey matçının baş tutması oldu. Buz meydançamız “Baku Flames” və “Ledovoe Bratstvo” həvəskar hokkey komandaları arasında yoldaşlıq oyununa ev sahibliyi etdi. Ötən ilin mayında istifadəyə verilən buz meydançası qısa müddətdə ən populyar idman mərkəzlərindən birinə çevrilib. Müxtəlif yaş qruplarından insanlar hər gün buz üzərində konkisürmə üçün buraya gəlirlər. Hazırda buz meydançasında hokkey, fiqurlu konkisürmə və digər qış idman növləri üzrə bölmələr fəaliyyət göstərir”.
Qayıbov buz meydançasında körlinq bölməsinin də açılacağını qeyd edib: “Burada yaxın vaxtlarda körlinq idman bölməsi də açılacaq. Bu idman növlərinin ilbəil ölkəmizdə daha da populyarlaşacağına inanıram”
Qeyd edək ki, XVI əsrdə Şotlandiyada yaradılan körlinq 1924-cü ildə olimpiada proqramında yer alsa da, 1998-ci ildən daimi olimpiya növünə çevrilib.