- Baxış sayı: 34
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
“İnternational Fighting League” ölkəmizdə qarışıq döyüş növləri üzrə ilk beynəlxalq peşəkar liqanı yaradır. Allsport.az saytı xəbər verir ki, dəstə 2020/21-ci illəri əhatə edəcək 4 müxtəlif birincilikdən ibarət olacaq. Hər liqada minimum 20 döyüşçünün iştirakı ilə 10 döyüş keçirilməsi nəzərdə tutulub. İlk 2 turniri yalnız yerli idmançıların iştirakı ilə təşkil etməyi planlaşdıran təşkilatçılar, növbəti 2 turniri müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq reytinqli idmançıların iştirakı ilə təşkil etməyi hədəfləyir. İdmançılar 57-100 kq aralığında müxtəlif çəkilərdə mübarizə aparacaq və liqadakı bütün döyüşlər beynəlxalq reytinq xalları qazandıracaq.
İFL təşkilatı 2019-cu ildə peşəkar MMA döyüşçüsü, 2-qat Avropa və bir dəfə dünya çempionu adını qazanmış Heydər Məmmədəliyev tərəfindən yaradılıb. O, liqa ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bundan əvvəl bir neçə oxşar liqalar yaradılsa da, bu liqa onlardan peşəkar təşkilatı komanda və bütün beynəlxalq standartlara cavab verməsi ilə fərqlənəcək. “Bizim çox güclü yerli idmançılarımız olub və indi də var. Ancaq təəssüf ki, bir çox hallarda onların əksəriyyəti karyeralarını müəyyən səbəblərə görə davam etdirə bilməyiblər. Biz bu liqanı təşkil etməklə həmin potensiallı döyüşçülərə, professional idmançılara mənəvi və peşəkar dəstək göstərmək niyyətindəyik. Əsas məqsədimiz bacarıqlı yerli MMA peşəkarlarını aşkarlamaq və onların beynəlxaq arenalara çıxışına dəstək göstərməkdir “, – deyə İFL prezidenti əlavə edib.
Bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan ilk liqada 20 yerli döyüşçü qalib adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu liqa İFL təşkilatının təşəbbüsü və “Sport Marketing Group” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
Hazırda, pandemiya ilə əlaqədar karantin rejimini nəzərə alaraq oktyabr ayında təşkil olunacaq ilk liqanın tamaşaçısız, video formatda ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Mövcud karantin qaydalarına dəyişikliklər olduğu təqdirdə isə yarışların tamaşaçılara açıq şəkildə keçirilməsi planlaşdırılır.