- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün 4-cü İslam oyunları əməliyyat komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə 60 ölkədən Bakıda akkreditə olunan 100-dən çox diplomatik nümayəndəliyin rəhbərləri üçün brifinq təşkil edilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə diplomatik nümayəndəliklərin təmsilçilərinə Bakı-2017-də təhlükəsizlik və akkreditasiya məsələlərinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.
4-cü İslam oyunları əməliyyat komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq, onlara turnir haqqında məlumat verib. O, mayın 12-22-də keçiriləcək İslamiadanın son yeniliklərindən danışıb: “4-cü İslam oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu Oyunlara marağın yaranmasında, onun təbliğində sizin də əməyinizə və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən Oyunlarla bağlı məlumatların sizə geniş çatdırılması çox böyük önəm daşıyır.”
Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Nurullayeva öz növbəsində, bunu qeyd edib: “Bakı-2017 zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək. Biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edirik”.