- Baxış sayı: 58
- 23 Oktyabr 2024 12:35
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, idman akademiyasında tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” dərəcələrinə layiq görülmüş bəzi idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Akrobatika, bədii gimnastika, batut, ikili mini-batut, tamblinq, akademik avarçəkmə, basketbol, boccia, boks, MMA, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, çimərlik güləşi, taekvondo, parataekvondo, parabadminton, paragüllə atıcılığı, kikboksinq idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.