- Baxış sayı: 591
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Tokio-2020-də millimiz (3 gümüş və 4 bürünc) 67-ci yer tutub.
Allsport.az saytı xəbər verir ki, bu, ölkəmizin olimpiya oyunları tarixində ən zəif göstəricisidir. Səbəb, qızıl medal qazanılmamasıdır.
Azərbaycanın müstəqil çıxış etdiyi ilk olimpiadada, Atlanta-1996-da belə, nəticə bundan yaxşı olub: 61-ci yer!
339 mükafat dəstinə 93 ölkə yiyələnib. Onlardan 65-i çempionluq sevinci yaşayıb.
“Dördillik”də ən yüksək göstərici London-2012-dir. O zaman komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medalla, 79 fərqlənən məmləkət arasında 30-cü yer tutub.