Olmo ciddi zədədən qurtulub

İspaniya millisində oynayarkən zədə alan “Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun durumu bilinib.

Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu baldır əzələsində diskomfort hiss edib və millinin düşərgəsini tərk edib.

Bu gün Kataloniya klubu Olmonun xəsarətinin ciddi olmadığını açıqlayıb.

Bununla belə, “Barselona” oyunçunun səhhəti ilə bağlı heç bir riskə getmir və Olmonun oktyabrın 26-da “Real Madrid”lə matçda iştirakını ehtiyatla qiymətləndirəcək.

Həmin kateqoriyadan