- Baxış sayı: 22
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

Bu gün Avro-2020-də 1/8 finalda məşhur “Uembli” stadionunda İngiltərə və Almaniya komandaları üz-üzə gəliblər. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda meydan sahibləri 2:0 qalib gəliblər.
Bununla da “ölüm qrupu” sayılan “F” qrupunun pley-ofa yüksələn hər 3 iştirakçısı – Fransa, Portuqaliya və Almaniya 1/4 finala çıxa bilməyərək yarışda mübarizəni dayandırıb.
Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final mərhələsində İngiltərə ilə üz-üzə gələcək.
1/4 final mərhələsinin öncəki 3 görüşünün tərkibi belədir: İsveçrə – İspaniya, Belçika – İtaliya, Çex Respublikası – Danimarka.