- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə (55 kq) Ömər Cavadov birdən qaldırmada “kiçik bürünc” medal qazanıb. O, aaaf.az-a uğurunu belə bölüşüb:
“Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərinin əməyi böyükdür. İlk öncə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlərimi bildirirəm.
Bununla yanaşı, yığma komandada əziyyətimi çəkən bütün məşqçilər, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnşallah, qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacam”.