- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 292
- Mart 16, 2026
- 0

Türkiyənin paytaxtı Anqarada 3-qat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə ağırlıqqaldırma üzrə beynəlxalq turnir davam edir.
Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə körpücük üzərinə “Qartal” ağır atletika klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” beynəlxalq idman klublarının üzvü Ömər Cavadov çıxıblar. Onlar 73 kq-da çıxış ediblər.
Adı 2-ci çəkilən idmançımız birdən qaldırmada 138 kq-ı ram edib, bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırmada 155 kq-ı qaldırıb, 6-cı olub. Toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.
İsa Rüstəmov 285 kq (130+155) ilə yarışı 6-cı pilldə bitirib.