- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Enzo Mareska premyer liqada “Arsenal”la 1-1 hesablı heç-heçə etdikləri oyundan mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 34-cü dəqiqədə Moyses Kaysedonun qırmızı vərəqə aldıqdan sonra azlıqda qalmasını şərh verib: “Əla oyun idi. Bərabər gücdə daha yaxşı görünürdük. On nəfərlə qalanda çətin olur, amma fantastik iş gördük. Qalib gəlməsək də, bu gün xoşbəxt ola bilərik”.