“Ona qarşı oynamaq həmişə xüsusi bir şeydir”

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya çempionlar liqasının dördüncü turunda “Bavariya”ya 1:2 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, gürcü futbolçu rəqibin güclü olduğunu bildirib: “Onlar on nəfərlə belə, yaxşı müdafiə olunurdular. PSJ-nin qol fürsətləri var idi, amma bu, kifayət deyildi. Noyer? Mənim üçün o, idmanın əfsanəsidir. Ona qarşı oynamaq həmişə xüsusi bir şeydir”.

PSJ bu çempionlar liqası mövsümündə ilk məğlubiyyətini alaraq turnir cədvəlində doqquz xalla üçüncü yerə düşüb. “Bavariya” 12 xalla liderdir.

Həmin kateqoriyadan