- Baxış sayı: 120
- 28 Noyabr 2025 22:10
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan əsgərinin qəhrəmanlığını, həmrəyliyini və mübarizə ruhunu ekrana gətirən mükəmməl televiziya layihəsi olan “Vətən sağ olsun” hər buraxılışda iştirakçılara real hərbi sınaqlar keçərək, fiziki hazırlıq, dözümlülük, liderlik sərgiləmək və vətən sevgisini nümayiş etdirmək imkanı yaradır.
Allsport.az saytı xəbər verir ki, layihə müasir televiziyada milli ruhun və gənclər arasında vətənpərvərliyin təbliğinə yönəlmiş ən güclü formatlardan biridir. Hər buraxılışda yarış iştirakçıları bir məqsəd uğrunda komanda halında birləşirlər. Buna baxmayaraq, sonda qalib yalnız bir nəfər olacaq. Onlar bir-birinə və zamana qarşı yarışacaq.