“Onlar fiziki cəhətdən güclü və təhlükəlidirlər”

“İnter”in baş məşqçisi Kristian Kivu çempionlar liqasının 2-ci turunun “Slaviya”ya qarşı oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis balansın vacib olduğunu qeyd edib:

“İstəyirəm ki, “İnter” üstünlük təşkil etsin və oyuna nəzarət etsin. Biz tarazlığı qoruyub saxlamalıyıq ki, matç zamanı problemlərdən qaça bilək və fürsətlərimizdən yararlana bilək”.

“Slaviya” çoxlu hücumameyilli oyunçulardan ibarət güclü komandadır, ona görə də diqqətli olmalıyıq. Onlar fiziki cəhətdən güclü və təhlükəlidirlər”.

“İnter” – “Slaviya” matçı bu gün keçiriləcək.

Həmin kateqoriyadan