“Onlar kollektivin içində yavaş-yavaş böyüyürlər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yoxlama görüşündə “Zirə” üzərində qazanılan qələbəni (4:2) şərh edib. bu gün keçirilən yoxlama oyununda 2:4 hesabı ilə məğlub olduqları görüşdən sonra açıqlama verib.  

Allsport.az xəbər verir ki, o, komandasının çıxışından razı qalıb: 

“Yaxşı oyun oldu. Demək olar ki, hər bir futbolçuya fürsət verdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı görüş alındı. Sakit, intizamlı oyun sərgilədik. Hazırlıq proqramımızın son oyunu idi. Ümumi hazırlıq dönəmindən razı qaldım. Futbolçular qarşıdakı aylarda idman formasını yığdıqdan sonra onlardan maksimum iş tələb edəcəyik. Həm zədəlilərə, həm bəzilərinin hazırlıqsız olmasına nəzər yetirsək, razıyam”.

Baş məşqçi əsas komandaya cəlb edilən gənc futbolçuların hazırlıq durumundan da bəhs edib: “Gənc futbolçularımız artıq neçə müddətdir ki, bizimlə məşq edirlər. Davud Mənsumovu üç aydır məşqlərə cəlb edirik. Amin Rzayevin isə 16 yaşı var və bir ilə yaxındır əsas komanda ilə birgə hazırlaşır. Onlar fiziki durumlarını yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. İntizamlı uşaqlardır, kollektivin içində yavaş-yavaş böyüyürlər”.

Həmin kateqoriyadan