Onlar MOK-un icraiyyə komitəsinin yeni tərkibində yer almadılar

Xəbər verdiyimiz kimi, bu gün milli olimpiya komitəsinin onlayn formatda hesabat-seçki baş məclisi keçirilib. Allsport.az saytı xəbər verir ki, İlham Əliyev yenidən MOK-a prezident seçilib. Sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı icraiyyə komitəsinin üzvü seçiliblər.

Yeni tərkib əvvəlkindən fərqli olaraq 17 deyil, 12 nəfərdən ibarətdir. Öncəki üzvlər – Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev, sabiq millət vəkili Ağacan Abiyev, güləş üzrə dünya və 2-qat Avropa çempionu Xəzər İsayev, gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov, olimpiya çempionu Rəfiqə Şabanova, müdafiə nazirliyinin tibb baş idarəsinin sabiq rəisi Natiq Əliyev, cüdo federasiyasının keçmiş vitse-prezidenti Sadıq Sadıqov, miniatür kitab muzeyinin rəhbəri Zərifə Salahova, Naxçıvan MR-in sabiq gənclər və idman naziri Azad Cabbarov yeni tərkibdə yer almayıblar.

Yeni gənclər və idman naziri Fərid Qayıbov, MOK-un yeni baş katibi Azər Əliyev, millət vəkili Könül Nurullayeva, olimpiya çempionu Fərid Mansurov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və Ramil Hacı icrayyə komitəsində ilk dəfə təmsil olunacaqlar.

Həmin kateqoriyadan