- Baxış sayı: 21
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstan toplanışı ilə bağlı fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, heyətdə ovqatın yüksək olduğunu deyib: “Belə toplanışlar bizim üçün çox önəmlidir. Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar.
Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar. Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir. Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər.
Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər. Ümid edirəm ki, onlar da tezliklə sağalacaq və qarşıdakı hazırlıqlara qoşulacaqlar”.