“Onun həmişə yaxşı güləşçilərə qarşı problemləri olur”

Rusiyalı döyüşçü, yüngül çəkidə UFC dünya çempionu İslam Mahaçev amerikalı Dastin Puarye ilə titul döyüşü planından danışıb.

Allsport.az xəbər verir ki, Mahaçev və Puarye iyunun 2-də Nyu-Cersidə (ABŞ) UFC 302-də çempionluq kəməri uğrunda döyüşəcəklər.

-Dostunuz Həbib Puaryeni məğlub etdi. O döyüşdən nəsə götürürsən?

-Düzünü desəm, əgər Dastini bitirmək istəsəm, heç nəyi dəyişməyə ehtiyacım yoxdur. Mən də Həbiblə eyni plana əməl etməliyəm. Çünki Dastinin zəif yeri güləş və qrapplingdir. Onun həmişə yaxşı güləşçilərə qarşı problemləri olur. Beləliklə, mən Dastini yerdə bitirəcəm.

Həmin kateqoriyadan