Onun üçün 3 klub mübarizə aparacaq

“Bayer”in müdafiəçisi Conatan Ta yay transfer pəncərəsində Leverkuzen klubundan ayrılmadı.

Allsport.az xəbər verir ki, almaniyalı futbolçu böyük ehtimalla, bir ildən sonra klubunu dəyişəcək. Tanın agenti oyunçunun müqaviləsini yeniləməyəcəyini artıq təsdiqləyib.

28 yaşlı müdafiəçinin transferi üçün klublar arasında ciddi rəqabət var. “Real” oyunçu üçün mübarizə aparmaqda qərarlıdır. Madrid klubu bu rəqabətdə “Barselona” və “Bayern”lə yarışacaq.

Həmin kateqoriyadan