- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen çempionlar liqasının ikinci turunda “Liverpul” üzərində 1:0 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, nigeriyalı oyunçu çox güclü rəqibi məğlub etdiklərini bildirib: “Bütün gücümüzlə qalib gəldik. Matçın futbolçusu seçildiyim üçün çox xoşbəxtəm, lakin bu, baş məşqçimiz Okan Buruk da daxil olmaqla bütün komandanın uğurudur”.
“Qalatasaray” 3 xalla liqada 18-ci yerdədir. “Liverpul” 3 xalla 16-cı yerdədir.
Üçüncü turda “Qalatasaray” “Budo/Qlimt”lə, “Liverpul” isə “Ayntraxt Frankfurt”la qarşılaşacaq. Hər iki görüş oktyabrın 22-də keçiriləcək.