- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Maynts” klubu baş məşqçisi Bo Enriksenin istefaya göndərildiyini elan edib.
Allsport.az xəbər verir ki, 50 yaşlı danimarkalı mütəxəssis ötən mövsüm “Maynts”ı altıncı yerə gətirərək bundesliqada ilin məşqçisi seçilmişdi. Lakin o, yeni mövsümdə komandanın uğursuzluğuna görə vəzifəsindən ayrılmalı olub.
Klub çempionatın start 12 turunda cəmi 1 qələbə qazanaraq Almaniya çempionatının turnir cədvəlində sonuncu yeri tutur.