“Oyun haqda danışmaq istəmirəm”

“Sumqayıt” premyer liqanın 4-cü turunda səfərdə “Sabah”a 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov yenilgiyə aydınlıq gətirib:

“Çempionatın əvvəlidir. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la ev oyunu bundan da çətin olacaq.

Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik.

Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq”.

Həmin kateqoriyadan