“Oyun intizamını sonadək qoruduq”

Çempionlar liqasının 2-ci təsnifat;nda “Qarabağ” – “Linkoln” oyunundan (5:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi mütəxəssis fikri ilə tanış edir:

“Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik edirəm. Onun qarşılaşmalarına baxırdıq. Həqiqətən də zövq aldıq ki, belə idmançımız var. Olimpiadada olan bütün idmançılarımıza uğurlar arzulayıram.

Futbolçu və ya digər növdəki idmançı üçün bu zirvədə olmaq böyük bir arzudur. Onların orda olması digərləri üçün də motivasiyadır. Hidayətə uğurlar arzulayıram, ailəsinə belə bir övlad böyütdükləri üçün təşəkkür edirəm. Komandamızı təbrik edirəm.

Qalibiyyət, çox səliqəli və intizamlı oyun üçün futbolçulara təşəkkürümü bildirirəm. Üstünlük bizim tərəfimizdə olsa da, oyun intizamını sonadək qorudular. Bu, qarşıdakı görüşlərdə bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkür edirəm. Bu qədər azarkeşin olması futbolçulara motivasiya verdi”.

Həmin kateqoriyadan