“Oyun psixoloji baxımından çətin idi”

Bu gün “Neftçi” premyer liqanın 35-ci turunda səfərdə “Səbail”ə 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Miodraq Bojoviç bunu dedi:

“Oyun psixoloji baxımından çətin idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk yarı istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq”.

Həmin kateqoriyadan