- Baxış sayı: 35
- 31 Mart 2026 21:42
- Baxış sayı: 776
- Mart 30, 2026
- 0

Premyer liqanın 24-cü turunda evdə “Sumqayıt”la heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o nəticəni (0:0) şərh edib:
“Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi. Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi. Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı”.