- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Kəpəz”in baş məşqçisi Azər Bağırov “Karvan-Yevlax”la ilə yoxlama oyunundan sonra (0:0) açıqlama verib.
Allsport.az xəbər verir ki, o, bunu deyib:
“Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə fürsət verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra “Qababağ”la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq”.