- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının əsas mərhələsinin “Benfika” (Portuqaliya) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, sabah baş tutacaq qarşılaşma haqda danışıb.
Qurban Qurbanov futbolçuların ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını deyib: Belə gözəl şəhərdə və stadionda olmaq bizim üçün çox xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq istərdik. Lakin bəzi səbəblərdən istədiyimiz kimi hazırlaşa bilmədik. İstənilən halda kifayət qədər təcrübəmiz var. İnanıram ki, futbolçularımız sabah çəkinmədən ən yaxşı oyunlarından birini keçirəcəklər. Çünki uzun fasilədən sonra çempionlar liqasının əsas mərhələsində çıxış edəcəyik. Bu turnirdə iştirak etmək hər bir oyunçumuzun arzusu idi”.