- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

“Sabah”ın baş məşqçisi Ramin Quliyev premyer liqanın 22-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, öncə oyunla bağlı danışıb:
“Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Oyunçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi”.