- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Sumqayıt” premyer liqanın X turunda evdə “Araz-Naxçıvan” üzərində əzmkar qələbə qazanıb – 3:2.
Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç oyun barədə bunu deyib: “Düşünürəm ki azarkeşlər üçün kifayət qədər maraqlı bir oyun keçdi. Qarşılaşmada ümumi 5 qol izlədik və nəticədə sevinən tərəf biz olduq. Yaxşı texnikaya malik olan futbolçulardan ibarət bir komandaya qarşı oynadıq. Oyunda geridönüş edə bildiyimiz üçün çox şadam. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm”.