“Oyunlar arasında böyük müsbət fərq hiss olunurdu”

Kişi voleybolçular Avropa çempionatının ələməsində çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, millimizin baş məşqçisi Fərid Cəlalov yarışla bağlı bunu deyib:

“Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımızı yekunlaşdırmışıq. Artıq ilk oyunumuz üçün Avstriyaya gəlmişik. Sabah Avstriya millisi ilə, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq.

İyuldan start götürən hazırlıq prosesi uğurla keçdi. Bakıda və Tbilisidə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığma komandası ilə 3 yoxlama oyunumuz oldu. Bu oyunlarda bütün voleybolçuları oynatmağa çalışdım. Çünki hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama oyunları da bir o qədər önəmlidir.

Komandamızın ilk və son yoxlama matçlarındakı oyunları arasında böyük müsbət fərq hiss olunurdu. İnanıram ki, bu yaxşılığa doğru olan dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq.

Əsas məqsədimiz gəncləşən komandamızın oyun təcrübəsini və gənc voleybolçularımızda özlərinə inamı artırmaqdır. Hər iki oyunda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan