- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 28-ci turunda “Sabah” öz meydanında “Zirə”ni 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Ramin Quliyev görüşdən sonra bunu söyləyib:
“Mövsümün son oyununu yaxşı əhval-ruhiyyədə bitirmək istəyirdik. Matça yaxşı hazırlaşmışdıq. Oyunu əks-hücum üzərində qurmuşduq. İlk hissədən sonra hesabda 1:0 üstün idik. Sonra qapımıza penalti təyin edildi. Buna baxmayaraq, son dəqiqələrdə qələbə qolunu vura bildik.
Bütün futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda qələbə üçün sona kimi mübarizə apardılar. Rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyuna qələbə üçün çıxırıq. Bu, həmişə belə olub, bundan sonra da belə olacaq”.