“Oyunun gedişatını hər kəs gördü”

Azərbaycan premyer liqasının XXIV turunun “Neftçi” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, komandanın oyunundan razı qaldığını deyib:

“Çox danışmaq istəmirəm. Oyunun gedişatını hər kəs gördü. Qol epizodları baxımından üstünlüyümüz var idi. Sadəcə sonluğu gətirə bilmədik. Bunların üzərində çalışacağıq. Komandamın oyunundan razı qaldım. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyunlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan