“Oyunun tempini sona kimi qoruyub saxladıq”

Azərbaycan premyer liqasının XXX turunun “Səbail” – “Qarabağ” (1:4) oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Hesabda öndə olmağımıza baxmayaraq, oyunun tempini, dinamikasını sona kimi qoruyub saxladılar. Azarkeşlərimizə təşəkkür edirəm, futbolçularımızı daim yüksək tempdə mübarizəyə səslədilər, onların yanında oldular”.

Baş məşqçi sıx qrafikdə çıxış etmələrinə baxmayaraq, həm çempionat, həm də ölkə kubokunda uğurlu çıxış etmək istədiklərini bildirib: “Son vaxtlar normal məşq üçün vaxtımız olmurdu. 4-5 gündən bir oyun keçirirdik. Məşq ritmini tuta bilmirdik. Bu baxımdan “Neftçi” ilə qarşıdakı çempionat matçının 8 gün sonra olması bizim üçün çox faydalı olacaq. Həm istirahət edə, həm də bəzi çatışmazlıqları aradan qaldıra biləcəyik. Bundan düzgün faydalanmağa çalışacağıq. “Neftçi” ilə çempionat matçından sonra isə ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Araz-Naxçıvan”la üz-üzə gələcəyik. Adətən sıx qrafik olanda heyətdə rotasiyalar edirik. Ancaq bu dəfə çoxsaylı dəyişikliklər etməyi planlaşdırmırıq. Hər iki turnirə çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. Həmin matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik”.

Həmin kateqoriyadan

azenrutr