- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi” premyer liqanın IX turunda səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə udub.
Allsport.az xəbər verir ki, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Samir Abbasov mətbuat konfransında iştirak edib:
“Kaxaber Tsxadadzeni və futbolçularını təbrik edirəm. “Qəbələ” çox yaxşı komandadır. Öz futbolçularıma çox minnətdaram, ağır bir səddi aşdılar. İlk hissədə çox çətin idi. Amma bilirdik ki, ikinci hissədə açılışacağıq, daha yaxşı oynayacağıq. Bunu göstərdik də. Heyəti də buna görə belə qurmuşduq. Azarkeşlər zəhmət çəkdilər, uzun yol gəlib doğma komandalarının yanında oldular. Gələnlərə də, gələ bilməyənlərə – hamısına “sağ ol” deyirəm. Biz isə yolumuza davam edirik. Artıq neçənci dəfədir ki, əvəzetmələr effekt verə bilir. Bu gün kiminsə oyuna yaxşı qoşulub-qoşulmaması yox, futbolçuların hər birinin yaxşı formada olması vacibdir. Dayanmadan təhlillər aparırıq. Mövsümün lap əvvəlində ideal vəziyyətdə deyildik. Nə itirdiksə, həmin vaxt itirdik. Lakin indi geriyə baxmaqla peşmanlıq çəkmirik, biz işimizi yalnız qələbə qazanmaq üçün quracağıq”.