- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, bu gün milli olimpiya komitəsinin onlayn qaydada hesabat-seçki baş məclisi keçirilib. İcraiyyə komitəsinin yeni tərkibində yer alanlar sırasında İslam həmrəyliyi idman federasiyasının icraçı şurasının, nəzarət və koordinasiya komitəsinin yeganə xanım üzvü Könül Nurullayeva da var.
Millət vəkili allsport.az saytına seçkilərlə bağlı öz sevincini bölüşüb: “Bu, mənim üçün gözlənilməz və eyni zamanda, çox xoş xəbər oldu. Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən böyük etimaddır. Onların hər ikisinə minnətdaram.
Onlar biz gəncləri dəyərləndirir və dəstək olurlar. Öz növbəmdə, çalışıram ki, onların və məndən gözləntisi olan hər kəsin etimadını doğruldum. Allahın köməkliyi ilə bu dəfə də hər şey yaxşı olar”.