- Baxış sayı: 38
- 15 Aprel 2025 22:05
- Baxış sayı: 95
- Aprel 14, 2025
- 0
Yeniyetmə atlet İsa Əliyev Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə açıq Özbəkistan turnirində iştirak edib. Allsport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Əliyev birdən qaldırmada 122 kq nəticə göstərərək bu hərəkətdə yarışın gümüş medalını qazanıb. Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.