- Baxış sayı: 13
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

İtaliyanın “La Gazzetta dello Sport” qəzeti milli komandalara rəhbərlik edən ən çox maaş alan on futbol məşqçisinin siyahısını dərc edib.
Allsport.az xəbər verir ki, siyahıya Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti (9,5 milyon avro) başçılıq edir. İtaliyali mütəxəssis Tomas Tuxel (İngiltərə, 5,9 milyon avro) və Yulian Naqelsmanndan (Almaniya, 4,9 milyon avro) xeyli çox qazanır.
Reytinqdə dördüncü yeri başqa bir italyan tutur: Özbəkistan millisində 4 milyon avro qazanacaq Fabio Kannavaro. Roberto Martines də Portuqaliya seçməsi ilə eyni məbləğdə qazanır.