Ozobiç millimizi seçməsindən danışdı

“Qarabağ”ın futbolçusu Filip Ozobiç milliləşdirilməsi barədə danışıb. Allsport.az xəbər verir ki, xorvat yarımmüdafiəçi “Sportske novosti” nəşrinə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub:

“Xorvatiya millisinə çağırılmaq şansımın olmadığını qəbul edirdim. 30 yaşım var, realist biriyəm. Ona görə də 2 variantdan birini seçməli idim: ya ümumiyyətlə, milli səviyyəsində çıxış etməmək, ya da Azərbaycan yığmasında oynamaq.

Milliləşməyim barədə xəbəri baş məşqçi De Byazidən aldım. Mənə zəng vurub dedi ki, FIFA oynamağına icazə verir və sən artıq Azərbaycan millisinin üzvüsən. Təbriklərini çatdırdı. Mən isə söz verdim ki, milliyə əlimdən gələn köməyi edəcəyəm”.

Həmin kateqoriyadan