“Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Çempionlar liqasının pley-off mərhələsinin “Nyukasl” – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikrini açıqlayıb:

“İlk oyundan sonra təhlil aparmışıq. Cavab matçında daha diqqətli, məsuliyyətli olmalıyıq. Ümumi hazırlığımız pis deyil. Səfərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bu elə bir turnirdir ki, komanda irəlilədikcə rəqiblərin də səviyyəsi artır”.

Həmin kateqoriyadan