Özündən 10 yaş böyük modellə evlənib – FOTO

“Barselona”nın müdafiəçisi Jül Kunde ukraynalı model Yuliana Yasimova ilə gizli şəkildə evlənib.

Allsport.az xəbər verir ki, futbolçu və ukraynalı model 2021-ci ildə Parisdə moda həftəsi zamanı tanış olublar. Onların münasibətləri ictimaiyyətdən uzaq şəkildə inkişaf edib və indi onların evləndiyi məlum olub.

Yasimova 27 iyun 1988-ci ildə anadan olub. O, Kundedən 10 yaş böyükdür.

Yuliananın sosial mediada 89 min izləyicisi var. Model “Vogue”, “Elle”, “Harper’s Bazaar” kimi məşhur jurnallarda yer alıb və tanınmış brendlərlə əməkdaşlıq edib.

Həmin kateqoriyadan