- Baxış sayı: 92
- 11 Mart 2025 22:08
- Baxış sayı: 55
- Aprel 11, 2025
- 0
Azərbaycan velosiped idmanı federasiyasının mətbuat katibi Pərviz Musayev “ARB 24” telekanalında “Gündəm” verilişinin qonağı olub. Allsport.az xəbər verir ki, qurum rəsmisi ölkəmizdə velosiped infrastrukturu ilə bağlı gələcək perspektivlər, velosipeddən nəqliyyat vasitəsi kimi istifadədə ortaya çıxan problemlərlə bağlı danışıb:
“Bütün bunların kökündə duran məsələ odur ki, illərdir görülən işlərdə, yenilən infrastrukturda təəssüf ki, velosiped zolaqları nəzərə alınmayıb. Bu, reallıqdır. Velosipedçilər üçün şərait yaradılması nəzərə alınmayıb.
Neçə illərdir ki, ölkəmizdə avtomobillər üçün yeni yollar qurulur, yenilənir. Ancaq hansında velosipedçilər üçün zolaq ayrılıb? Təəssüf ki olmayıb. Artıq illərdir ki, belə proses gedir. İndi çətindir, layihələrdə nəzərə alınmayıb, bundan sonra necə edəcəyik”.