- Baxış sayı: 49
- 21 Noyabr 2024 15:34
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Hələ mart ayında dünya mətbuatının aslarından olan “Times” məşhur 4 “Böyük dəbilqə”dən biri olan “Uimbldon” tennis turnirinin hələ illər öncə pandemiyadan sığortlandığını və bu səbəbdən külli-miqdarda vəsait əldə edəcəyini yazmışdılar. Allsport.az saytı xəbər verir ki, həmin vaxt bunu böyük əksəriyyət istehza ilə qarşılamışdı. Həqiqətən də buna kim inanardı.
Tədqiqatçı Darrel Rovell isə “Əkşn Netuork”da konkret faktlar ortaya qoyub: 17 ildir Britaniya açıq tennis çempionatı “Uimbldon”un təçkilatçıları hər il 2 milyon dollar ödəyirmiş; ötən müddət ərzində sığortaya 34 milyon ödənilib. Sonra məlumatda qeyd olunur ki, təşkilatçılar sadəcə pandemiya deyil, ümumiyyətlə, yarışın keçirilməməsini sığortalayıblar.
Bura pandemiya ilə yanaşı, kraliçanın ölümü, terror aktı və s. nəticəsində turnirin təxirə salınması da daxildir. Pandemiyanın qeyd edilməsi isə 2002-2003-cü illərin SARS qeyri-tipik sətəlcəmindən sonra “Uimbldon”çuların ağlına batıbmış. İlk baxışda buna da lağ edənlər tapılırdı. Hətta Rovellin tvitinin şərhlərindən birində belə yazılmışdı: “Yəni demək istəyirsiniz ki, tennis turniri pandemiyaya ABŞ hökumətindən də yaxşı hazırlaşıbmış?!”
Amma fakt təsdiqini tapdı və “Uimbldon” iyunun 29-dan iyulun 12-dək keçirilməli olan, lakin koronavirus (COVID-19) pandemiyası səbəbilə təxirə salınmış turnirə görə 114 milyon funt sterlinq (hazırkı kursla 140 milyon dollar) əldə edəcək. Bu isə xərclərin böyük qismini qapamağa kömək edəcək. Çünki deyilənə görə, yarış təşkilatçıları bu il 250 milyon dollar itirə bilərdilər.
Azsport.az-ın məlumatına görə, yarışın təşkilatçı rəhbərlərindən olan Riçard Lyuis qeyd edib ki, sığorta, eləcə də 50 milyondan artıq mükafat fondu və 5 mindən artıq turnir dövründə cəlb olunacaq işçilərin məvacibləri ilə birlikdə kifayət qədər vəsaiti qorumağa kömək edəcək. Bu sığorta daimi işçilərin məvacibini də vaxtnda, kəsirsiz ödəməyə kömək edəcək.
Bax, beləcə, hər il 2 milyon itirənlər, bir gündə bunun 3 qatını qazandılar. Bu isə “ehtiyat igidin yaraşığıdır” məsəlinin ən gözlənilməz anda köməyə çata biləcəyini və həyatda qəribə heç nə olmadığını bir daha sübut edir. Yəqin ağıllı təşkilatçılar üçün böyük gəlirdən hər il itirilən 2 milyon gözə də görünməyib. Çünki bu gün məhz bu vəsait onları dahi icraçı və menecer kimi daha da məşhurlaşdırdı.