- Baxış sayı: 60
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Yunanıstan çempionatında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi – PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Panatinaikos”lə qarşılaşıb. Matç 3:1 hesabı ilə “Qəbələ”nin rəqibinin xeyrinə bitib.
Qeyd edək ki, PAOK 8 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb. “Qəbələ” Avroliqanın qrup mərhələsinə vəsiqəni məhz “Panatinaikos”la görüşlərdə qazandığı sərfəli nəticə sayəsində (evdə 0:0, səfərdə 2:2) təmin etmişdi.