Parakamandan oxatma millisi qitə kubokuna hazırlaşır

Parakamandan oxatma üzrə milli komanda mayın 5-dən etibarən Qax olimpiya idman kompleksində təlim-məşq toplanışına start verib.

Allsport.az xəbər verir ki, mayın 20-dək davam edəcək toplanışında 7 idmançı iştirak edir.

Baş məşqçi İlqar Abbasovun rəhbərlik etdiyi toplanışa kişi paralimpiyaçılardan Əli Nəbiyev, Şahin Cabbarov, Ceyhun Nəbiyev, İsmayıl Allahverdiyev və Qalib Əliyev, qadınlardan isə Rəqsanə Hümbətzadə ilə Azadə Abdullayeva cəlb ediliblər.

Toplanış 24 may-1 iyunda Romada keçiriləcək Avropa kubokuna hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan