Kamandan oxatanlar ölkə çempionatında

Bu gün Bakıda qapalı məkanda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib. Allsport.az xəbər verir ki, Bakı idman sarayında açılışda çıxış edən gənclər və idman nazirliyinin nümayəndəsi Aydın Məmmədov oxatma ənənəsinin tarixi kökümüzlə bağlılığına diqqət çəkərək, bu idman növünün inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, iştirakçıların gələcək karyeralarında xüsusi önəm daşıdığını qeyd edib.

Turnirin milli komandanın formalaşması baxımından əhəmiyyətindən bəhs edən Azərbaycan kamandan oxatma federasiyasının vitse-prezidenti Rauf Əliyev federasiyanın bu istiqamətdə idmançılara hər cür dəstək verdiyini bildirib, kamandan oxatmaya ildən-ilə daha çox insanın maraq göstərdiyini deyib.

Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub və idmançılar sıralama atışları ilə mübarizəyə başlayıblar. Turnirə Azərbaycanın müxtəlif bölgələrdən olan 60-a yaxın idmançı qatılıb. Kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.

Çempionata fevralın 7-də yekun vurulacaq.

Həmin kateqoriyadan