- Baxış sayı: 51
- 25 Mart 2026 17:33
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

Gənclər və idman nazirliyi yanında ictimai şuranın və Azərbaycan texniki universitetinin (AzTU) tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) birgə təşkilatçılığı ilə paralimpiya çempionları ilə görüş keçirilib.
Allsport.az xəbər verir ki, AzTU-da təşkil olunan görüşün fəxri qonaqları ikiqat paralimpiya çempionu, beşqat paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olan, milli paralimpiya komitəsinin vitse-prezidenti İlham Zəkiyev və ikiqat paralimpiya çempionu, dördqat dünya çempionu, “Şöhrət” ordenli idmançı Lamiyə Vəliyeva olub.
Tədbir zamanı çempionlar öz uğur hekayələrindən ətraflı bəhs edib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıblar.